Məşhur aktrisa mənzilində ölü tapıldı

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 22:15

e9587a1bb52999c3f03a0125fdfbbe2c

Tanınmış Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.

Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb.

Gununsesi.info