Gölə axıdılan çirkab suların qarşısı alınacaq

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 22:22

589370

Masazır və Novxanı qəsəbələrindən süzülüb gələn çirkab sular birbaşa duz gölünə tökülür.

Gununsesi.info xəbər verir ki, gölə axıdılan çirkab sular əsasən sakinlərin sıx yaşadığı massivlərdən gəlir. Yağış yağanda isə vəziyyət daha da pisləşir. Artıq natəmizliyin aradan qaldırılması üçün işlərə başlanıb.

Dövlət proqramı əsasında çəkilən kanalizasiya xətti həmin problemin aradan qaldırılmasına tam imkan verəcək. Hazırda layihəyə uyğun olaraq Duz gölünün hər üç tərəfindən axıdılan çirkab sularının qarşısı alınır.

Çirkab sular yeni inşa olunan xəttə birləşdiriləcək və Novxanıda inşa olunmuş kollektora qoşulacaq.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub./xezerxeber.az

Gununsesi.info