Məşhur aktrisa tənqidlərə məruz qalıb - O HAMİLƏ HALDA SOSİAL ŞƏBƏKƏDƏ QARNI AÇIQ FOTOSUNU PAYLAŞIB

  • Müəllif: admin
  • 29 Mart 2017 22:18

Basak Sayan

Məşhur aktrisa Başak Sayanın sosial şəbəkələrdə paylaşdığı fotolar səs-küyə, onun kəskin şəkildə tənqid olunmasına gətirib çıxarıb.

Gununsesi.info hurriyet.com.tr-yə istinadən bildirir ki, hamiləliyinin 8,5 ayını geridə qoyan və yaxın günlərdə Ares və Milan adı verəcəyi körpələrini qucağına almağa hazırlaşan Başak Sayan sosial şəbəkədə paylaşdığı qarnı açıq fotosu ilə tənqidlərə məruz qalıb.

Əkiz uşaqlara hamilə olan aktrisa “Rəngli səhifələr” verilişində həmin şəkillərlə bağlı açıqlama verib: “Şəkillərə belə münasibətin olması məni təəccübləndirdi. Dostlarımdan biri bunu öz səhifəsində paylaşıb. Fotoların necə və hardan tapılıb yayınlandığını bilmirəm. 20 gündür xəstəxanada yatırdım, yeni çıxdım və bu hadisə ilə qarşılaşdım. Mənə “pis görünürsən”, “hamiləlik sənə yaraşmayıb” tipli şərhlər gəldi. Mən buyam! Şəkili də evdə xatirə olsun deyə çəkdirmişəm. Bu şəkillərin gündəm olması mənə qəribə gəlir”.

Gununsesi.info