Məşhur aparıcı ərə gedir - FOTO

  • By admin
  • 22 Mart 2022 10:47

Tanınmış aparıcı, son zamanlarda isə aktrisa kimi gördüyümüz Turanə Hüseynli ailə qurmağa hazırlaşır. 

Gununsesi.info xəbər verir ki, bu barədə Turanə instaqramda məlumat yayıb.

O, üzük fotosu paylaşaraq “Hə dedim” sözlərini qeyd edib. İzləyiciləri sənətçini bu münasibətlə təbrik ediblər. Aparıcı isə ailə quracağı şəxsin kimliyini gizlədib.

Qeyd edək ki, T.Hüseynli uzun illər AzTV və İTV-də aparıcılıq edib. O, həmçinin “Fərhad və Şirin”, “İfşa” seriallarında rol alıb.

Gununsesi.info