Məşhur aparıcının çəkildiyi film “Netflix”də - FOTOLAR

  • By admin
  • 10 May 2022 13:27

Özünü son illərdə aktrisa kimi sınamağa başlayan məşhur aparıcı Turanə Hüseynli “Netflix” platformasında yayımlanacaq filmdən dəvət alıb. 

Gununsesi.info xəbər verir ki, aparıcı Hindistan Kinematoqrafçılarının çəkdiyi layihədə iştirak etməyi qəbul edib.

Çəkilişlərin bir hissəsi artıq Bakıda baş tutub. “KakP” adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni “Disney+Hotstar” şirkəti ərsəyə gətirib.

Filmin eyni zamanda Hindistanın “Netflix” platformasında yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Turanə Hüseynli indiyədək “Xosrov və Şirin”, “İfşa” seriallarında, “Həmrəylik” filmində rol alıb. O, həmçinin ATV-də yayımlanan “Oralar”, İctimai Televiziyada “Sabahın xeyir, Azərbaycan!”, “Haradasan bu vaxtacan?” verilişlərinin aparıcısı olub.

Gununsesi.info