Məşhur boksçu müsəlmanlığı qəbul edib - FOTO

  • By admin
  • 28 İyun 2017 16:50

008

Rusiya əsilli məşhur boksçu Vasiliy Jirov İslam dinini qəbul edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Facebook” dakı “Pro Boks” səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, Qazaxıstanın ilk olimpiya çempionu, “Val Barker” kubokunun sahibi, eləcə də IBF versiyası üzrə dünya çempionu Vasiliy Jirov iyunun 28-də “Nur Astana” məscidinə gələrək İslam dinini qəbul edib.

Qeyd edək ki, Qazaxıstanda Vasiliy Jirovu 3 dəfə dünya çempionu, əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əliyə bənzədirlər.

Anar

Gununsesi.info