Məşhur fast-food restoranının adı dəyişdirildi

  • By admin
  • 27 Oktyabr 2017 22:19

ABŞ-ın məşhur fastfud restoranlar şəbəkəsi “Makdonalds” Çində adını dəyişib.

Gununsesi.info xəbər verir ki, “Makdonalds” bu ölkədə “Jingongmen” (Qızıl tağlar) adlanacaq.

Bu vaxta qədər isə restoran Çində “Maydanlao” adlanırdı. Qeyd olunur ki, bu ad “Makdonalds” sözünün Çin dilində transkripsiyası idi və həmin dildə heç bir məna ifadə etmirdi.

Qeyd edək ki, “Makdonalds” Çində 1990-cı illərin əvvəlindən fəaliyyətə başlayıb. Hazırda ölkədə bu şəbəkədən 2,5 minə yaxın restoran mövcuddur.

Gununsesi.info