Məşhur futbolçudan Hakan Şükürə – Şok ittiham

  • By admin
  • 03 Avqust 2016 14:46

hakan

 

”Qalatasaray”ın eks futbolçusu Mustafa Kocabey türk futbolundakı FETO təşkilatlanması haqqında olay yaradacaq açıqlamalar verib.

Gununsesi.infoTürkiyə KİV-nə istinadən xəbər verir ki, Kocabey komandada oynadığı zamanlarda bir təşkilatlanmanın olduğunu bəyan edib. O, futboldakı bu təşkilatlanmanın başında Hakan Şükürün olduğunu söyləyib:

”Komandadan 20 yaşında olarkən davamlı qol vurduğum halda göndərildim. İllərdir hər kəs səni “yedilər” deyirlər. Səbəbi sadədir, belə bir təşkilatlanmanın içində yer almaq istəmədiyim üçün məni göndərdilər. Komandadan ayrıldıqdan sonra qayıtmaq üçün mübarizə apardım. Amma FETO-çular, Hakan Şükür buna əngəl yaratdı. Futbol karyeramda 309 qola imza atmışam. Türkiyənin ən çox qol vuran futbolçusuyam. Saysız-hesabsız çempionluğa və uğura imza atmışam. Amma xəyal etdiyim yerə gəlib çatammadım. Milli komandada bir dəfə də olsun çıxış edə bilmədim”.

 

Gununsesi.info