Məşhur idmançı qəzaya düşdü

Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor velosiped sürərkən qəza ilə üzləşib.

Gunusesi.info xəbər verir ki, irlandiyalı idmançı sosial şəbəkə hesabında avtomobillə vurulduğunu bildirib:

“Məni arxadan maşın vurdu. Sürücünün günahı yoxdur. Onun gözləri günəşdən kor olmuşdu. O, tam sürətlə mənə tərəf gəlirdi. Allaha şükür, vaxtım hələ gəlməyib! Güləş və cüdo sayəsində – yıxılaraq həyatımı xilas etdim”.

Qeyd edək ki, Nik adlı sürücü döyüşçünü qəzadan sonra evinə aparıb.

“Allaha şükürlər olsun ki, mən hələ də buradayam və vacib olan budur”, – deyə Konor Makqreqor əlavə edib.

Gununsesi.info