Məşhur jurnalisti timsah parçalayıb

  • By admin
  • 15 Sentyabr 2017 07:30

d585efed464bd6c9a965b47e0fd6ea72

Şri-Lanka cəngəlliklərində “Financial Times”ın jurnalisti Pol Makkleynin axtarışları gedir.

Bu barədə “The Daily Mail” nəşrinin məlumatında bildirilir. İnsident Timsah dağı körfəzi ərazisində baş verib. İlkin məlumatlara görə, Amerika nəşrinin sörfinqlə ciddi maraqlanan müxbiri əllərini yumaq üçün tualetə gedən zaman itkin düşüb. Hadisə şahidlərinin sözlərinə görə, onu timsah aparıb. Onlar müxbirin kömək çağırdığını eşidiblər.

Jurnalistin tanışları və xilasedicilər timsahın Makkleynin cəsədini göldə gizlətdiyini və onu xilas etməyin mümkün olmayacağını düşünürlər.

Gununsesi.info