
Çilinin məşhur futbol klubu olan “Colo-Colo”nun avtobusu qəzaya düşüb.
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 3 futbolçu ölüb, digərləri isə yaralanıb.
Hadisə Argentinanın Mendoza əyalətində baş verib. Paraqvayda keçiriləcək turnirə yollanan klubun yeniyetmələrdən ibarət komandası qəzaya düşüb. Nəticədə 7-14 yaş arası 3 futbolçu həlak olub, qalan futbolçular isə xəsarət alıb.
Gununsesi.info












