
Prezident İlham Əliyevin ötən günkü müvaffiq sərəncamıyla modul tipli 22 məktəbin quraşdırılmasına 7 milyona yaxın vəsait ayrılıb. 6 rayonda artıq məktəblərin inşasına başlanılıb. Təhsil Nazirliyi həmin məktəblərin müəllim kontingeti ilə təminatı məsələsinə də aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki, modul tipli məktəblərin sayı artır. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılmasına başlanılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə bu il ərzində ölkənin müxtəlif bölgələrində ümumilikdə 137 belə məktəbin inşa olunması gözlənilir. Yeni modul tipli məktəblərin 2018-ci ilin sonuna qədər quraşdırılması planlaşdırılır.
Həmin məkəblərdə vaxtiylə dərs keçən müəllimlər burada öz fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, son 10 ildə ölkədə 3100-dən artıq məktəb yenidən qurulub. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətə hətta 1 ay ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır.
Gununsesi.info












