Zaqatalada 4 otaqlı ev yanıb

  • Müəllif: admin
  • 03 Fevral 2018 21:28

Zaqatalada yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Qımır kəndində birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağı 6 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info