Məşhur məşqçinin ən pis anları: Siyahıda “Qarabağ”la oyunlar da var

  • By admin
  • 21 Yanvar 2022 18:11

İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeonenin komandadakı ən pis 5 anı bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “90min” nəşri araşdırma aparıb.

5-ci sırada Madrid təmsilçisinin 2017/2018 mövsümündə UEFA Çempionlar Lİqasında qrupdan çıxa bilməməsi göstərilib. Mövsümün yekununda Avropa Liqasının qalibi olan komanda hər iki görüşdə “Qarabağ”ı məğlub edə bilməyib – 0:0;1:1.

4-cü yerdə “Atletiko”nun Çempionlar Liqasındakı növbəti uğursuzluğu yer alıb. Madridlilər 2018/2019 mövsümündə 1/8 final mərhələsində İtaliya “Yuventus”unu evdə 2:0 hesabı ilə üstələsələr də, cavab matçında Kriştianu Ronaldunun het-triki ilə Turin təmsilçisi mərhələ adlayıb.

Argentinalı mütəxəssis ölkə kubokunda da uğursuzluqla üzləşib. Madridlilər 2019/2020 mövsümündə “Kultural Leonesa”ya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Simeonenin komandası 2020/2021 mövsümündə isə “Kornelya” ilə oyunda eyni aqibəti yaşayıb – 0:1.

“Atletiko”nun cari mövsüm La Liqada yaxşı nəticələr göstərməməsi də diqqətdən yayınmayıb. Paytaxt klubunun Superkubokda və kubokda məğlub olduğu, həmçinin turnir cədvəlində “Real Madrid”dən 16 xal geri düşdüyü və çempionluq uğrunda mübarizə aparmadığı vurğulanıb.

Təcrübəli baş məşqçinin ən pis anı Çempionlar Liqasının finalında iki dəfə “Real Madrid”ə məğlub olmasıdır.

 

Gununsesi.info