Parlament XİN-in xarici siyasət strategiyasına rəy verəcək

  • By admin
  • 21 Yanvar 2022 17:35

Milli Məclis Xarici İşlər Nazirliyi ilə birgə müzakirələr keçirəcək.

Gununsesi.info-nun məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitənin 2022-ci il yaz sessiyası üçün iş planına Azərbaycan Respublikasının xarici siyasətinin strateji istiqamətlərini müəyyən edib inkişaf etdirmək, həmçinin, Xarici İşlər nazirliyində hazırlanan xarici siyasət strategiyasına rəy və tövsiyələr vermək daxil edilib.

Gununsesi.info