Məşhur ukraynalı oliqarx bu statusundan məhrum edildi

  • By admin
  • 02 Dekabr 2022 19:12

Oliqarx İqor Kolomoyski “Ukrnafta” və “Ukrtatnafta” neft şirkətlərinin milliləşdirilməsindən sonra “Forbes” jurnalının Ukrayna nəşrinin siyahısında dollar milyarderi statusunu itirib.

Gununsesi.info xəbər verir ki, onun aktivlərinin qiymətləndirilməsi 850 milyon dollara düşüb, halbuki 2022-ci ilin fevralında bu, 1,9 milyard dollar olub.

Sentyabrda Kolomoyski “Ukrnafta” şirkətinin əmlakının mənimsənilməsi ilə bağlı axtarışa verilib.

İstintaq hərəkətləri oliqarxın yaşadığı Bukovel kurortunda aparılıb.

İyulda Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko Kolomoyskinin ABŞ-a təhvil verilməsinə icazə verib və orada onun barəsində təhqiqat aparılıb.

Gununsesi.info