Məşqçilər üçün təlim kursu başlayıb - FOTO

  • By admin
  • 26 Aprel 2017 12:45

mesq

Aprelin 126-da AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.

Anar
Gununsesi.info