
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və iş axtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə 6 Noyabr 2017-ci il tarixində “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək.
Gununsesi.info xəbər verir ki, Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti “Odlar Yurdu” Universitetində təşkil ediləcək əmək yarmarkasında 4 vakant iş yeri (Avtomatika mühəndisi, Baş Energetik, İdarəetmə operatoru, Baş mexanik) ilə təmsil olunacaq.
Ali təhsilli və müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub, hazırda iş axtaranlar (CV-ləri ilə birgə) tədbirə dəvət edilirlər.
Gununsesi.info









