Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov İrana rəsmi səfər edəcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlunat verilib
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu yaxınlarda Tehrana rəsmi səfər edəcək. Səfərdə məqsəd İranda keçiriləcək mətbuat sərgisində iştirak etməkdir. Mətbuat sərgisi ilə yanaşı Ə.Amaşov Tehranda bir sıra media qurumlarının rəhbərləri ilə görüşəcək. Bu görüşlərdə iki ölkənin mediası arasındakı əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq.
Səfərin yekunu olaraq iki ölkənin media qurumu arasında əməkdaşlıq sahəsində Memorandumun imzalanması da planlaşdırılır.
Mürtəza
Gununsesi.info












