
Bu gün Türkiyədə zəlzələ baş verib.
Gununsesi.info “Güneş” qəzetinə istinadən verdiyi xəbər görə, Antaliyanın Kaş Mahalı sahillərində Aralıq dənizində Rixter şkalası üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə xəbər Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ idarəsinin internet saytında yer alıb.
Zəlzələ Türkiyə vaxtı ilə saat 064.13-da baş verib və dağıntılara səbəb olmayıb.
Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.
Anar
Gununsesi.info











