Məzahir Pənahov: "Seçkini müşahidə etmək üçün 6 müraciət daxil olub"

  • By admin
  • 17 Fevral 2018 17:13


“Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub”.

“Report”un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bütün müraciətlərə müsbət cavab verilib: “Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərat yaradaq. Çünki müşahidəçilərin çoxluğu seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.

 

Gununsesi.info