Məzarlıqların bələdiyyələrə verilməsi niyə gecikir?

  • By admin
  • 15 Fevral 2023 12:52

Qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi hələ tamamlanmayıb.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

“Bunun bir neçə səbəbi var. Bildirim ki, bəzi qəbiristanlıqların xəritəsinin, pasportunun olmaması bu işi daha da gecikdirir. Prosesin sürətlənməsi üçün işlər görürük”, – deyə nazir müavini vurğulayıb.

Gununsesi.info