Dövlətin ayırdığı dotasiyalar eyni bələdiyyələrə verilir - Siyavuş Novruzov

  • By admin
  • 15 Fevral 2023 12:43

“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim, necə müəyyənləşədirir?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə, 10 il ardıcıl şəkildə eyni bələdiyə böyük miqdarda dotasiya alır: “Lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir”.

S.Novruzov qeyd edib ki, yığılan vəsaitlərin xərclənməsi ilə bağlı gələcəkdə nümunəvi sənədlər hazırlanmalıdır: “Heç bir hesablama yoxdur. Yığılan vəsaitin vətəndaşa izahı olmalıdır”.

Gununsesi.info