
Ucarda məzunlar yol qəzasına düşüb.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Namiq Aliq oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü, sərnişinləri – 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Məlumata görə, Göyçay rayon sakinləri olan F Əhmədov və İ.İsmayılov orta məktəbdən bu il məzun olublar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












