Millət vəkili həbs olundu

  • Müəllif: admin
  • 14 İyun 2017 17:26

12

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Enis Berberoğlu Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək və casusluq ittihamı ilə həbs olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunun14-də İstanbul 14-cü Ağır Cəza Məhkəməsidə Enis Bərbəroğlunun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Belə ki, məhkəmə zamanı millət vəkilinə höküm oxunub. Məhkəmənin hökmünə əsasən, E.Bərbəroğlu 25 il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, E.Bərbəroğlu 2015-ci il mayın 27-də jurnalist Can Dündara bir flaş-disk çatdırıb.

Həmin flaş-diskdə Milli Kəşfiyyat Təşkilatın Suriyadakı türkmənlərə yardım aparan yük maşınlarının jandarma tərəfindən saxlanılmasına dair görüntülər olub. Həmin görüntülər sonradan “Cümhuriyyət” qəzetində yayımlanıb.

Bununla əlaqədar casusluq ittihamı ilə həbs edilən C.Dündar “Həbs edildik” adlı kitabında flaş-diski solçu bir millət vəkilindən aldığını yazıb. C.Dündarın telefon danışıqları araşdırılıb və flaş-diskin E. Berberoğlu tərəfindən ona verildiyi müəyyənləşdirilib.

Türkiyədə deputat toxunulmazlıqlarının qaldırılması ilə əlaqədar polis iddianaməni İstanbul Baş Prokurorluğuna təqdim edib. İddianamədə E. Berberoğlunun flaş-diski nə vaxt və kimdən əldə etməsinin bilinmədiyini qeyd edilib.

Anar

Gununsesi.info