
Azərbaycan Prezidentinin imzaladığı sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıldı.
Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərəncam təxminən 134 min tibb işçisinə şamil edilir.
Gununsesi.info










