Madonna Rusiya hökumətinin onu cərimələdiyini açıqladı

  • By admin
  • 21 İyul 2020 21:05

Dünyaca məşhur amerikalı müğənni, aktrisa, prodüser Madonna Rusiya hökumətinin onu cərimələdiyini açıqlayıb.

Korrespondent.net xəbər verir ki, müğənni bir milyon dollar cərimələnib.

O, bunun səbəbi kimi səkkiz il əvvəl Sankt-Peterburq şəhərində verdiyi konserti zamanı LGBT cəmiyyətini müdafiə etməsini deyib.

61 yaşlı məşhur “İnstagram” hesabından 2012-ci ildə keçirilmiş həmin konsertdən video paylaşaraq bu cəriməni ödəmədiyini qeyd edib.

 

 

Gununsesi.org