Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi

  • By admin
  • 30 İyun 2020 15:45

Venesuela rəhbərliyi Avropa İttifaqının nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.

Gununsesi.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Sözügedən qərar Aİ-nin 11 venesuelalı məmur və parlamentarini sanksiya siyahısına salmasından sonra qəbul olunub.

“Mən Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi qərara aldım”, – deyə ölkə başçısı N.Maduro bildirib.

N.Maduro Avropa kolonializminə və Venesuealaya qarşı təqiblərə son qoymağa çağırıb.

Gununsesi.org