
Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik” – deyə, Maduro bildirib.
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”- deyə, Maduro qeyd edib.
Gununsesi.info












