
Bu gün səhər saatlarından Bakının üzərini toz-duman bürüyüb.
Gununsesi.info saat 8 radələrindən etibarən hiss olunmağa başlayan toz şəhərin hər yerində müşahidə olunur.
Ekologiya və təbii sərvətlər nazirliyinindən isə bildirilib ki, Bakıda tozlu hava şəraiti yoxdur.
Çünki ətraf ölkələrdə, nə Türkmənistan, nə də Ərəbistan yarımadasında tozlu hava şətaiti olmadığından Azərbaycanda, xüsusən də Bakıda tozlu hava müşaiyət olunmur. Sadəcə son günlərdə havanın kəskin enməsi və gecə ilə gündüz hava temperaturu arasında 10-15 dərəcə fərq etdiyindən, rütubətin normadan artıq olması nəticəsində dənizdə suyun buxarlanması baş verir və bu da dəniz, həmçinin Bakı üzərində toz kimi görünür. Amma bu toz deyil, buxardan yaranan sis dumandır. Sadəcə güclü külək olmadığından sis duman səhərdəndir Bakı üzərində asılıb qalıb. Əgər külək olarsa sis duman tez dağılar.
Nazirlikdən bunun digər səbəbini rütubətin normadan artıq olması ilə də izah ediblər. Adətən avqustun 10-dan sonra havaların enməsi ilə Bakıda rütubətin artması başalyır və belə hallar müşaiyət olunur. Burada başqa hər hansı qeyri-adi hadisə yoxdur. Buna da meteoroloji hal deyilir.
Gununsesi.info












