Mağaza və aptekdən oğurluq etmişdi, saxlanıldı -FOTO

Göygöldə mağaza və aptekdən silsilə oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı əvvəllər məhkum olunmuş Samir Əsgərovun rayonun Yeni Qızılca kəndindəki mağazadan 1900 manat pulu, aptekdən isə 2000 manat dəyərində dərman preparatlarını oğurlaması məlum olub.

Onun, həmçinin 2021-ci ildə rayon ərazisində soyğunçuluq cinayəti törətməsi də məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.




Gununsesi.info