Mağazadan oğurluq edən qadın tutuldu

  • By admin
  • 04 İyul 2020 12:24

Qazaxda mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumatına görə,  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş İ.Qasımova saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.org