Mahaçqala-Bakı aviareysi bərpa edilir

  • By admin
  • 31 May 2022 20:09

Rusiyanın “Utair” aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu ilə uçuşları bərpa edir.

Gununsesi.info  xəbər verir ki, reyslər həftədə iki dəfə, cümə və bazar günləri yerinə yetiriləcək.

Mahaçqaladan saat 15:00-da yola düşən təyyarə 17:30-da Bakıda eniş edəcək. Əks istiqamətdə isə təyyarə Bakıdan 18:30-da havaya qalxacaq, yerli vaxtla 18:30-da Mahaçqalaya çatacaq.

Gununsesi.info