NYT: PUA-lar yüzlərlə erməni texnikasını məhv etdi

  • By admin
  • 31 May 2022 19:34

Azərbaycan ikinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Nyu York Tayms”da dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, ikinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı PUA-lardan istifadənin ən uğurlu nümunəsi olub.

“O zaman Azərbaycanın PUA-ları Ermənistanın yüzlərlə tankını, döyüş sursatı və zirehli texnikasını məhv edib. Azərbaycan Müdafiə Nazirliyi döyüş meydanında pilotsuz təyyarələrdən səmərəli istifadə edib və tez-tez öz saytında hücumların videolarını yerləşdirib”, – məqalədə deyilir.

Vurğulanır ki, PUA-lar 2020-ci il müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsində vacib rol oynayıb.

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş aparatlarından kəşfiyyat, artilleriya və raket bölmələrini hədəfə almaq və əməliyyat vəziyyəti haqqında tam təsəvvür formalaşdırmaq üçün istifadə edib. PUA-lardan alınan məlumatların mükəmməl şəkildə əlaqələndirilməsinə nümunə olaraq Ermənistan qoşunlarının Xocavənddə istifadə etdiyi hava hücumundan müdafiə sisteminin məqsədyönlü şəkildə məhv edilməsini göstərmək olar”, – məqalədə deyilir.

Məqalədə o da bildirlir ki, Azərbaycan taktiki silah olan pilotsuz uçuş aparatlarından operativ və strateji səviyyədə səmərəli istifadə edib.

Gununsesi.info