
Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin Madxya-Pradeş ştatındakı memorial abidəsi naməlum şəxslər tərəfindən təhqir olunub.
Gununsesi.org-un “BBC” telekanalına istinadən bildrir ki, memorial gözətçisinin sözlərinə görə, hindistanlı liderin qalıqları oktyabrın 2-də – onun 150 illik yubileyi günündə oğurlanıb.
Polis Mahatma Qandinin külünü oğurlayan şəxslərin axtarışlarını davam etdirir.
Qeyd edək ki, M. Qandi 1948-ci ildə hindli radikal tərəfindən öldürülüb. Onun qalıqları Hindistanın ayrı-ayrı ştatlarında bir neçə memorialda basdırılıb.
Gununsesi.org