Makron Çinə xahişə gedir

Fransa prezidenti Emmanuel Makron aprelin əvvəlində Çinə rəsmi səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xəbər agentliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

Səfərdən əvvəl Makron Pekini Fransaya Ukraynadakı münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün Rusiyaya təzyiq etməkdə kömək etməyə çağırıb.

Məlumata görə, Makron Çinin “sülh səyləri”nə daxil edilməsini yüksək qiymətləndirib. Siyasətçi Rusiya qoşunları çıxarılmadan və “Ukrayna xalqının ərazi suverenliyinə əməl edilmədən” sülhün mümkünsüz olduğu fikrini də ifadə edib.

Bundan əlavə, Fransa prezidenti əmindir ki, Rusiyaya beynəlxalq təzyiq “nə nüvə, nə də kimyəvi silahdan istifadə etməmək üçün” lazımdır.