Makron Rusiyanı təcavüzkar adlandırdı

  • By admin
  • 26 İyun 2017 21:12

makron

Ukrayna yox, məhz Krımı işğal edən Rusiya təcavüzkardır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Pyotr Poroşenko ilə Parisdə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

“Başa düşmək lazımdır ki, təcavüz Rusiyadan gəlir. Biz Krımın qanunsuz birləşməsini tanımırıq. Müharibəni də kimin qızışdırdığını bilirik”, – Makron bildirib.

Fransa prezidenti qeyd edib ki, bütün tərəflər Minsk razılaşması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

Gununsesi.info