Bakıda yeni salınmış küçəyə general Hüseyn Rəsulbəyovun adı verildi

  • By admin
  • 26 İyun 2017 21:08

baki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyulun 25-də açılışı olmuş Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsinin başlanğıcından Kövkəb Səfərəliyeva küçəsinə qədər yeni küçəyə general Hüseyn Rəsulbəyovun adı verilib.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda küçə adını göstərən löhvələrin vurulması müvafiq qaydalara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən xahiş olunur. Sərəncamın icrasına nəzarət Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Gununsesi.info