Sabirabad sakinini elektrik cərəyanı vurub

  • By admin
  • 26 İyun 2017 21:04

26eff2acefa4eda59f30a1ea67e45bad

Sabirabad sakinini elektrik cərəyanı vurub.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Sabirabad rayonu, Ulucalı kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Emin Cəfər oğlunu elektrik dirəyində iş görərkən cərəyan vurub öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info