Mal-qara oğurluğu ilə məşğul olarkən yaxalandılar…

  • By admin
  • 01 Avqust 2016 10:57

lenkon-1

Lənkəran Şəhər Polis Şöbəsinə  ərizə ilə müraciət vətəndaşlar, ayrı-ayrı vaxtlarda onlara məxsis xeyli sayda iribuynuzlu və xırda buynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Gununsesi.info xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Şilavar kənd sakini, 51 yaşlı, Qəhrəman Nəzər oğlu Zəkiyev, onun oğlu, 22 yaşlı Seymur Zəkizadə və həmkəndlisi Tural Ceyhun oğlu Ağazadə  şübhəli şəxs qismində saxlanılıb.İlkin araşdırma zamanı məlum olub ki, hər üç şəxs qabaqcadan əlbir olaraq heyvanları oğurlayıblar.

Həmçinin, oğurluq etməkdə şüphəli bilinən şəxslərin sakinlərə  xeyli miqdarda maddi ziyan vurduqları da müəyyənləşdirilib. Oğurlanmış mal-qaranın müəyyən qismi sahiblərinə qaytarılıb. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində  cinayət işi açılıb, araşdırma aparılır.

lenkon

Gununsesi.info