Malena Mard: “ “ASAN Viza” Azərbaycana turist axınını  çoxaldacaq”

  • By admin
  • 02 İyun 2016 11:38

 Malena Mardd

 

İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanını alqışlayırıq”. Gununsesi.info-nun məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Bu fərmanın çox böyük əhəmiyyətə malik olduğunu deyən M. Mardın sözlərinə görə, fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq: “Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. “ASAN Viza” bu işə öz töhfəsini verəcək və uğurlu olacaq”-, deyə o bildirib.

Gülnaz Qənbərli