Manat yenidən devalvasiya olacaq? – Mərkəzi Bankın sədri açıqladı

  • By admin
  • 23 Dekabr 2020 11:07

“Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”.

Gununsesi.org bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir: “Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub”.

Gununsesi.org