Manatın xarici valyutalara nisbətən bahalaşıb

  • By admin
  • 22 Avqust 2016 09:10

milli bank

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 19-u ilə müqayisədə dəyişməyərək 1,6204 manat səviyyəsində qalıb.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8281 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,79% azalaraq 0,0252 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi 0,11% zəifləyərək 0,5512 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1136 manatdır. Beləliklə, funt sterlinq 0,77%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,79% artaraq 0,7179 manat təşkil edib.

 

Gununsesi.info