Azərbaycan nefti ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 09:25

“Azeri Light” markalı neftin 1 barelinin qiyməti 3,2 ABŞ dolları (3,36 %) azalaraq 91,93 ABŞ dolları təşkil edib.

Gununsesi.info  xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info