Mançester terrorunu törədənin kimliyi bəlli oldu

  • Müəllif: admin
  • 23 May 2017 19:24

mancester

 

İngiltərənin Mançester şəhərində amerikalı müğənni Arian Qrandenin konserti zamanı həyata keçirilən teraktı 22 yaşlı Salmon Ramadan Abedinin törətdiyi bildirilib.

Axar.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Partlayış nəticəsində onun özünün də öldüyü deyilib.

Xatırladaq ki, sözügedən terror aktında 22 nəfər ölüb, 59-u isə yaralanıb.

 

Gununsesi.info