“Mançester Yunayted” doğma meydanında qalib gəldi

  • By admin
  • 08 Mart 2020 22:42

İngiltərə Premyer Liqasının 29-cu turunda mərkəzi görüş Mançesterdə keçirilib.

Gununsesiaz.info xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib.

Gərgin keçən görüşdə “Mançester Yunayted” qalib gəlib – 2:0.

Belə ki, Marsial 30-cu dəqiqədə ilk qolu vurub. İkinci qol isə matçın sonunda Maktominay tərəfindən qeydə alınıb.

Bu qələbədən sonra xal ehtiyatını 45-ə çatdıran “Mançester Yunayted” beşinci yerə yüksəlib.

 

 

Gununsesiaz.info