MARAQLI: 99 yaşında kilim toxuyur: ‘Yaşayan İnsan Xəzinəsi’ (VİDEO)

  • By admin
  • 03 Dekabr 2022 17:32

99 il öncə Türkiyənin Konya şəhərində doğulan qocaman Səlvər nənənin əl bacarığı ətrafındakı insanların marağına səbəb olub.

 

Gununsesi.info “TRT HABER”ə istinadən xəbər verir ki, hələ də ilk gündəki həyəcanı ilə kilim toxuduğunu bildirən Səlvər nənə yaşının artmasına baxmayaraq, bu peşəsini gənclərə öyrətməyə davam edir. Ayaqları ilə yerişini yeriyərkən çətinlik çəksə də, əlləri ilə sənət əsəri yaratmağa, toxumağa davam edir.  O, hazırda Türkiyənin Sparta şəhərində yaşayır. Qocaman Səlvər nənə toxuculuq işinə uşaqkən anasından öyrənərək başlayıb.

“8 yaşımda toxuculuğa başladım. Bir gün məni yanında oturtdu. Atan sənə dəstək çıxdı. “Al, toxu, görüm”, dedi. Bir də toxucu iynəsi verdi. “Buraya keçirəcəksən iynəni, onun ucluğunu buradan soxacaqsan. Bunları öyrən, sonrasını özün öyrənərsən, dedi”.

Onun sənətini öyrənməklə bağlı anlatdığı hekayə böyük marağa səbəb olub.

Taleh elə gətirib ki, Səlvər nənə anasının dediyi kimi, toxuculuğu öyrənib və bu sənətdə ustalaşıb. Kilim dəsgahında peşəkarlaşıb.

Qocaman toxucunun “Yaşayan İnsan Xəzinəsi” ola bilməsi üçün aidiyyatı qurumların rəsmiləri UNESCO-ya müraciət edib. .

 

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info