MARAQLI: Titanikin qalıntıları ilk dəfə tam ölçülü göstərildi / VİDEO

  • By admin
  • 17 May 2023 13:28

Bir əsr öncə batmış “Titanik” gəmisinin qalıntıları ilk dəfə tam ölçüləri ilə görüntülənib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 3 min 800 metr dərinlikdə olan gəminin dağıntılarının ilk tam ölçülü digital axtarışlarla  dərin dəniz xəritələmə sistemi işlədilərək yaradılıb.

Ortaya ənzərsiz bir  3 D görüntüsü çıxıb. Okean suyundan təmizlənən görüntülərdə “Titanik”in su altındakı halı aydın şəkildə görünür.

Xatırladaq ki, 1912-ci ildə Sautempton şəhərindən Nyu-Yorka yola düşən gəmi aysberqlə toqquşaraq ikiyə bölünüb və okeanın dərinliklərində qeyb olub. Həmin olay zamanı 1500 nəfər həyatını itirmişdi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info