Mariupolda 1000 nəfərin basdırıldığı məzarlıq aşkarlanıb

  • By admin
  • 23 Aprel 2022 08:36

Ukraynanın Mariupol şəhərinin ətrafındakı Vinoqradnoe kəndində mindən çox insanın basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

UNİAN-ın məlumatına görə, bu barədə Mariupol şəhər sovetinin məlumatında deyilir.

Bildirilir ki, “Planet” peykindən 20 aprel tarixində çəkilmiş şəkillərdə 45X25 metr ölçüdə kütləvi dəfnetmə yeri görünür. Burada mindən çox mariupollunun basdırıldığı ehtimal edilir.

Şəhər soveti bu cür dəfn yerlərinin çox olduğunu qeyd edib.

Gununsesi.info