Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında qələbə estafetini davam etdirir.
Gununsesi.info-nun məlumatına görə, Olimpiya Oyunlarının finalına yüksəlməklə ən az gümüş medalı təmin edən Mariya Stadnik həlledici qarşılaşmada yaponiyalı üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.
Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 00:30-da başlayacaq.
Gununsesi.info